ABŞ Suriyaya yeni sanksiyalar tәtbiq etdi

Amerika Birlәşmiş Ştatları Bәşәr Әsәd rejimimә tabe olan 8 hәbsxananı, 5 yüksәk vәzifәli tәhlükәsizlik xidmәti әmәkdaşını, bir silahlı qruplaşma ilә iki quldurbaşını sanksiya siyahısına daxil edib.

1681822

ABŞ Xәzinә Nazirliyindәn verilәn bәyanatda Suriyadakı  8 hәbsxanaya  sanksiya tәtbiq edilәcәyi  bildirilib.

Mәlumatda bu hәbsxanalara nәzarәt edәn 5 tәhlükәsizlik xidmәti әmәkdaşının da sanksiya siyahısına daxil edildiklәri vurğulanıb. Bәyanatda Bәşәr Әsәd rejiminin Suriya xalqına qarşı amansız mübarizә apardığı, islahatla bağlı çağırışlar edәn minlәrlә suriyalını saxladığı vә bunlardan azı 14 mininin işgәncәyә mәruz qaldıqları bildirilib.

Bәyanatda bu günәdәk 130 mindәn çox adamın itkin düşdüyü  vә ya qeyri-qanuni şәkildә saxlanıldığı bildirilib. Tutulanların әksәriyyәtinin ya öldürüldüyü, ya da  qeyri-qanuni şәkildә saxlanıldığı vurğulanıb.

Bәyanatda hәmçinin Suriyanın şimalında fәaliyyәt göstәrәn Ahsar al-Sharqiya adlı silahlı qruplaşmanın vә iki quldurbaşının da sanksiya siyahısına daxil edildiyi bildirilib.

Әlaqәli Xәbәrlәr