İsrailin müharibə cinayəti etdiyi elan olundu

İnsan Haqqları Müşahidə Təşkilatı hadisələrlə bağlı ayrıntılı istintaq hesabatını yayınlayıb

1681162
İsrailin müharibə cinayəti etdiyi elan olundu

 

  İsrailin 10 mayda Qəzzaya başladığı və 11 gün davam edən hücumların müharibə cinayəti olduğu bildirildi.

  15 ildir mühasirə altında saxladığı Qəzzaya İsrailin may ayında 11 gün davam edən hücumlarında 66-sı uşaq, 129-u sıravi vətəndaş olmaqla 260 fələstinli həyatını itirdi.

  İnsan Haqqları Müşahidə Təşkilatı hadisələrlə bağlı ayrıntılı istintaq hesabatını yayınlayıb. Hesabatda İsrailin hərəkətləri müharibə cinayəti adlandırılıb, Qəzzaya hücumların İsrailin davam edən işğalının bir parçası olduğu bildirilib.

  İnsan Haqqları Müşahidə Təşkilatının İsrail və Fələstin Məsələsi üzrə direktoru Ömər Şakir sözügedən mövzu ilə bağlı deyib: "Bu təcavüzkarlığın daha geniş bir məzmunu olduğunu anlamaq lazımdır. Hadisələr Qəzza zolağının 14 ildir əzici bir şəkildə dünyaya qapadıldığı bir vaxtda və fələstinliləri işğal altındakı Şərqi Qüdsdəki evlərindən çıxarmağa qarşı ayrı-seçkilikçi cəhdlərdan sonra baş verdi."



Әlaqәli Xәbәrlәr