“Onun Kuril adalarına səfəri olduqca talehsizdir”, K.Katsunobu

Yaponiya Nazirlər Kabinetinin baş katibi Kato Katsunobu təşkil edilən mətbuat konfransında M.Mişustinin Hokkaidonun şimalındakı Kuril arxipelaqının Etorofu adasına səfərinə reaksiya verərək deyib...

1680166
“Onun Kuril adalarına səfəri olduqca talehsizdir”, K.Katsunobu

 

   Yaponiya Rusiyanın baş naziri Mixail Mişustinin Kuril adalarına səfərini "olduqca talehsiz" adlandırdı.

  Yaponiya Nazirlər Kabinetinin baş katibi Kato Katsunobu təşkil edilən mətbuat konfransında M.Mişustinin Hokkaidonun şimalındakı Kuril arxipelaqının Etorofu adasına səfərinə reaksiya verərək deyib: “Mixail Mişustinin səfəri Şimal Adaları mövzusunda Yaponiyanın davam edən duruşu ilə ziddiyyət təşkil edir və olduqca talehsiz addımdır. Yaponiya buna görə Rusiyaya etiraz notası göndərəcək.”

  Xatırladaq ki, 4 gün davam edəcək Uzaq Şərq və Sibir səfəri çərçivəsində Etorofuya gedən Rusiyanın baş naziri adadakı bir xəstəxana və dəniz məhsulları zavodunu gəzib.

  Kyodo agentliyinin xəbərinə görə, rəsmi Tokio tərəfindən Mixail Mişustinin adalara səfərdən çəkilməsi tələb olunub.

  Qeyd edək ki, İkinci Dünya Müharibəsinin sonunda Sovet İttifaqı Yaponiyanın Sakit okeanla Oxotsk dənizini bir-birindən ayıran, təxminən 1300 kilometr boyu uzanan Kuril adalarını 1945-ci ildə ilhaq edib.

  Yaponiya Şimal Adaları torpağının parçasının işğalı ilə barışmır, buna görə Rusiya ilə Yaponiya arasında sülh müqaviləsi bağlanılmayıb və bu mövzuda görüşlərdə tərəflər nəticəyə gələ bilmir.  



Әlaqәli Xәbәrlәr