Pakistanın Cammu və Kəşmir bölgəsində iyulun 25-də seçki keçiriləcək

Pakistanın Azad Cammu və Kəşmir bölgəsində xalq sabah Qanunverici Məclis seçkiləri üçün səs verəcək.

1679403
Pakistanın Cammu və Kəşmir bölgəsində iyulun 25-də seçki keçiriləcək

Pakistanın Azad Cammu və Kəşmir bölgəsində xalq sabah Qanunverici Məclis seçkiləri üçün səs verəcək.

3,2 milyondan çox insanın səs vermək hüququna sahib olduğu seçkilərdə 53 yerlik parlamentdə 45 yer uğrunda 32 fərqli siyasi partiyadan 700-dən çox namizəd mübarizə aparacaq. Qalan 8 yerdən 5-i qadınlara, 3-ü də dini liderlər, texnokratlar və xaricdəki kəşmirliləri təmsil edən insanlar üçün ayrılıb.

45 yerdən 12-si müstəqillik əldə etdikdən sonra 1947 və 1965-ci illərdə Hindistandan Pakistana köçüb məskunlaşmış 464. min kəşmirli qaçqınına ayrılıb.

700-dən çox millət vəkilliyinə namizəddən 20-ni qadınların təşkil etdiyi seçkilərdə ən az 27 yer qazanan partiya hökumət qura biləcək.

Azad Cammu və Kəşmirdə 1975-ci ildən keçirilən seçkilərdə İslamabadı idarə edən partiyanın bölgədəki seçkiləri də qazandığı müşahidə olunub. 

Baş nazir İmran Xanın partiyası olan Pakistan Ədalət Hərəkatı (PTI), seçkilərdə liderlik edəcək partiya olaraq göstərilir.



Әlaqәli Xәbәrlәr