ABŞ Əfqanıstanda “Taliban”ın mövqelərinə hava zərbəsi endirib

ABŞ ordusunun 21-22 iyul tarixlərində Əfqanıstandakı "Taliban" hədəflərinə ən azı 4 hava hücumu təşkil etdiyi iddia edilib.

1679430
ABŞ Əfqanıstanda “Taliban”ın mövqelərinə hava zərbəsi endirib

ABŞ ordusunun 21-22 iyul tarixlərində Əfqanıstandakı "Taliban" hədəflərinə ən azı 4 hava hücumu təşkil etdiyi iddia edilib.

"Washington Post" adının açıqlanmasını istəməyən səlahiyyətlilərə əsaslandırdığı xəbərində əfqan qüvvələrini dəstəkləmək üçün ABŞ qüvvələri tərəfindən "Taliban"a qarşı 21-22 iyul tarixlərində 4 hava zərbəsi endirildiyi ifadə edilib.

Xəbərdə hücumların "Taliban" qruplaşmasının güclü olduğu Qəndəhar və Kunduz bölgələrində baş verdiyi və hava dəstəyi tələbinin əfqan qüvvələri tərəfindən edildiyi irəli sürülüb. 

Xəbərdə "Taliban" sözçüsünün hücumların davam edən sülh müqaviləsi danışıqlarının şərtlərini pozduğunu və "mənfi nəticələrə səbəb olacağını" söylədiyi bildirilib.

ABŞ Müdafiə Nazirliyi Pentaqonun bu həftə verdiyi açıqlamada ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasının təqribən 95 faizinin tamamlandığını bildirib. Bəyanatda təxminən 650 ABŞ əsgərinin yalnız ABŞ səfirliyini və Kabildəki beynəlxalq hava limanını müdafiə etmək üçün ölkədə qalacağı qeyd edilib.

Əfqanıstanda sülh prosesi qeyri-müəyyən olaraq qalmaqda davam edərkən, təhlükəsizlik qüvvələri ilə "Taliban" arasında şiddətli qarşıdurmalar davam edir.

"Taliban" 407 qəsəbənin 155-dən çoxuna, mərkəzləri də daxil olmaqla nəzarəti ələ keçirib. "Taliban" nəzarətindəki bölgə mərkəzlərinin sayının 255 olduğunu irəli sürür.

Ölkədəki 34 əyalət mərkəzi tamamilə dövlətin nəzarətindədir.



Әlaqәli Xәbәrlәr