Tacikistan yüz min əfqan qaçqını qəbul etməyə hazırlaşır

Tacikistan qonşusu Əfqanıstanda zorakılığın artması nəticəsində 100 min əfqan qaçqını qəbul etməyə hazırlaşdığını bildirib.

1679063
Tacikistan yüz min əfqan qaçqını qəbul etməyə hazırlaşır

Tacikistan qonşusu Əfqanıstanda zorakılığın artması nəticəsində 100 min əfqan qaçqını qəbul etməyə hazırlaşdığını bildirib.

Talibanın Əfqanıstandakı hakimliyini genişləndirməsi ilə artan miqrasiya tendensiyası Tacikistanın addım atmasına gətirib çıxardı.

Tacikistan Fövqəladə Hallar Komissiyası sədrinin müavini İmoməli İbrahimzoda təşkil etdiyi mətbuat konfransında sərhəd bölgəsindəki Hatlon və Dağlıq Bədəxşan vilayətlərindəki qaçqınlar üçün ehtiyatları saxlamaq üçün iki böyük anbar inşa etməyə başladıqlarını bildirib.

ABŞ-ın 20 ildir müharibə apardığı Əfqanıstandan çıxmağa başlaması ilə ölkədəki zorakılıq sürətlə artıb.

Taliban və əfqan təhlükəsizlik qüvvələri arasında alovlanan qarşıdurmalar yeni köç dalğalarına səbəb olmuşdur.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) hesablamalarına görə, Taliban ölkədəki əyalət mərkəzlərinin yarısınə nəzarəti ələ keçirib.

Taliban 22 iyun tarixində Əfqanıstanın şimalındakı Tacikistan və Kunduz vilayətinin arasındakı Şirhan sərhəd keçid məntəqəsinə nəzarəti ələ keçirmişdir.

May ayından etibarən Əfqanıstandan çıxmağa başlayan ABŞ 11 sentyabr hücumlarının ildönümünə qədər bütün qüvvələrini ölkədən çıxaracağını elan edib.



Әlaqәli Xәbәrlәr