Avropa İttifaqı koronavirus infeksiyasına qarşı peyvəndlənmədə hədəfinə yaxınlaşıb

Koronavirus infeksiyasına qarşı iki doza peyvəndlə aşılanan Avropa İttifaqı (Aİ) ölkələri sakinlərinin sayı 187,7 milyona çatır ki, bu da yetkin əhalinin (18 yaşdan yuxarı) 51,3%-ni təşkil edir.

1678875
Avropa İttifaqı koronavirus infeksiyasına qarşı peyvəndlənmədə hədəfinə yaxınlaşıb

Koronavirus infeksiyasına qarşı iki doza peyvəndlə aşılanan Avropa İttifaqı (Aİ) ölkələri sakinlərinin sayı 187,7 milyona çatır ki, bu da yetkin əhalinin (18 yaşdan yuxarı) 51,3%-ni təşkil edir.

Bu məlumatlar Avropa Xəstəliklərin Profilaktikası və İdarəetməsi Mərkəzinin rəsmi saytında yerləşdirilib.

"Covid-19"-a qarşı tam aşılanan sakinlərin payı baxımından Aİ ölkələri arasında birinci yeri Malta tutur: ada ölkəsinin ərazisində yaşayan insanların 83,6% iki doza peyvənd qəbul edib. İlk üçlükdə həmçinin Macarıstan (65,1%) və İrlandiya (64,8%) da var. Eyni zamanda Aİ-yə üzv olmayan Avropa ölkələri arasında lider İslandiyadır (82,6%).

Aİ ölkələrinin 246,3 milyon sakini və ya yetkin əhalisinin 67,3%-i bir doza peyvəndi qəbul edib. Bu baxımdan liderlər Belçika (84,6%), Malta (83,1%) və Niderlanddır (82,9%).

Ən aşağı vaksinləmə nisbətləri isə Bolqarıstandan sonra 31,1 faiz ilə Rumıniyada, 44 faiz ilə Latviyada, 47 faizlə Xorvatiyada, 47,2 faiz ilə Slovakiyada və  49,7 faizlə Sloveniyada qeydə alınıb.

Aİ ölkələrində 2021-ci ilin ilk günlərində başlayan aşılamalar ilk aylarda yavaş irəlilədiyi üçün Aİ rəhbərliyi tənqidlərə məruz qalmışdı.

Rəhbərlik "AstraZeneca"nın peyvənd tədarükündə yaşanan problemlər səbəbindən əlavə peyvəndlər almaq üçün "BioNTech-Pfizer" ilə razılaşmışdı.

Aprel ayının sonunda yetkin əhalinin 70 faizinin peyvənd olunacağı hədəfini elan edən Aİ rəhbərliyi iyul ayının əvvəlində üzv ölkələrə kifayət qədər peyvənd paylamışdı.

Avropa Dərman Agentliyi (EMA) bu günə qədər Aİ ölkələrində "BioNTech-Pfizer", "Moderna", "AstraZeneca" və "Johnson & Johnson" şirkətlərinin istehsal etdiyi peyvəndlərin istifadəsinə icazə verir.

"EMA", "Sinovac", "Curevac", "Novavax", "Sputnik V" və "Sanofi Pasteur"un peyvəndlərinin ilkin qiymətləndirilməsi davam edir.



Әlaqәli Xәbәrlәr