Kanada ordusunda təcavüz hesabatı

“Global News”un Kanada Milli Müdafiə Nazirliyindən əldə etdiyi məlumatlara əsasən

1676709
Kanada ordusunda təcavüz hesabatı

 

  Kanada ordusunda 2016-cı ildən bəri 726 cinsi təcavüzün olduğu ilə bağlı hesabat yayılıb.

  “Global News”un Kanada Milli Müdafiə Nazirliyindən əldə etdiyi məlumatlara əsasən, 1 aprel 2016 ilə 13 iyul 2021-ci illər dövründə hərbi iyerarxiya zəncirində 726 cinsi təcavüz baş verib.

  Kanadada açılan hərbi cinsi təcavüz ittihamları son 6 ayda artıb. Belə ki, ölkədə 2020-ci il dekabrın sonundan 2729 olan cinsi təcavüz və sui-istifadə halları son məlumatlara görə, təxminən 170 faiz artaraq 13 iyul 2021-ci ilə qədər 7346-ya yüksəlib.

  Kanada ordusunun “hərbi əmr” adı altında son aylar artan cinsi təcavüz və sui-istifadə halları ilə maraqlanan mütəxəssislər bu vəziyyəti "təşkilati böhran" olaraq xarakterizə ediblər.

  Bir neçə ay əvvəl əsgərləri ilə cinsi əlaqəyə girdiyi söylənilən Baş Qərargah rəisi general Conatan Vens (Jonathan Vance) iddiaları rədd edərək istefa vermişdi. Onun yerinə gətirilən admiral Art MakDonald da bənzər ittihamlarla əlaqədar başlanan hərbi polis istintaqı zamanı vəzifəsindən kənarlaşmışdı.



Әlaqәli Xәbәrlәr