Co Bayden Ağ Evdə Angela Merkel ilə görüşüb

Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Co Bayden Almaniya kansleri Angela Merkel ilə Ağ Evdə görüşüb

1676147
Co Bayden Ağ Evdə Angela Merkel ilə görüşüb

 

Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Co Bayden Almaniya kansleri Angela Merkel ilə Ağ Evdə görüşüb. İki ölkə başçısı arasında baş tutan görüşdə “Nord Stream 2”, Rusiya ilə münasibətlər, Əfqanıstandan xarici qoşunların çıxması, yeni növ koronavirus (Kovid-19) epidemiyası və qlobal istiləşmə mövzuları müzakirə edilib.

  Bayden və Merkel görüşdən sonra jurnalistlərə açıqlama verib.

  ABŞ prezidenti Co Bayden Almaniyadakı sel fəlakətində həyatını itirənlər üçün Merkelə başsağlığı verib.

  "Nord Stream-2" boru kəmərilə bağlı Rusiyanın enerjidən silah kimi istifadə etməsinə icazə verilməməlidir" deyən Bayden Kubada cərəyan edən proseslərə də işarə edərək kommunizmin uğursuz sistem olduğunu, ölkədə internetə çıxışın bərpasına kömək etmək istədiklərini bildirib.

  Haitinin hərbi dəstək tələbinə də toxunan ABŞ prezidenti bu ölkəyə qoşun cəlb olunmasına dair planlarının olmadığını söyləyib. 

  Qeyd edək ki, Angela Merkel Co Baydenı prezident vəzifəsinə başladıqdan sonra onunla görüşə gedən ilk Avropa lideridir. 



Әlaqәli Xәbәrlәr