Almaniyada həlak olanların sayı 80-i keçdi

Xilasetmə işlərinə təcili xidmətlərlə yanaşı, bundesverin qüvvələri və polis helikopterləri cəlb olunub

1676124
Almaniyada həlak olanların sayı 80-i keçdi

 

  Almaniyanın qərbində baş verən daşqınlar nəticəsində həlak olanların sayı 80-i keçib, 1,3 mindən çox insan itkin düşüb.

  Şimali Reyn-Vestfaliya federal torpağında 30 nəfər həlak olub. Reynland-Pfalz federal əyalətində isə daşqınlar azı 50 nəfərin həyatına son qoyub. Polis hesab edir ki, ölənlərin sayı arta bilər.

  Xilasetmə işlərinə təcili xidmətlərlə yanaşı, bundesverin qüvvələri və polis helikopterləri cəlb olunub.

  Regionun 200 mindən çox sakini elektriksiz qalıb. Reynland-Pfalz federal torpağında sutka ərzində bir kvadratmetr əraziyə 148 litr yağıntı düşüb. Leysan yağışları Reyn Ar və Mozel, həmçinin Zauer, Prüm, Nims, Kil və Erft çaylarının məcralarından çıxmalarına səbəb olub. Bir sıra yaşayış məntəqələrinin faktiki olaraq xarici aləmlə əlaqəsi kəsilib.



Әlaqәli Xәbәrlәr