ABŞ-ın Türkiyə səfiri məlum olub

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Co Bayden, keçmiş respublikaçı senator Jeff Flake-i ölkəsinin Ankara səfiri vəzifəsinə namizəd göstərib.

1675034
ABŞ-ın Türkiyə səfiri məlum olub

Ankara səfiri namizədi göstərilən Flake açıqlamasında: “ABŞ-ın uzun müddətdir müttəfiqimiz olan Türkiyə Respublikası ilə münasibətlərinin strateji əhəmiyyəti nəzərə alındıqda, belə önəmli vəzifəyə namizəd göstərilməkdən və mənə duyulan etimaddan qürur duyuram”.

Namizədliyinin hər iki ölkə üçün belə bir dövrdə əhəmiyyətli tapşırıq olduğunu ifadə edən Flake, həyat yoldaşı Cheryl ilə Türkiyənin fövqəladə insanları ilə tanış olmağı səbirsizliklə gözlədiyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr