Moldovada parlamentә  keçirilәn seçkilәrin qalibi açıqlanıb

İyulun 11-də Moldovada keçirilən parlament seçkisində prezident Maia Sandu-nun hakim partiyası qalib gəlib.

1673802
Moldovada parlamentә  keçirilәn seçkilәrin qalibi açıqlanıb

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, hakim “Hərəkət və Həmrəylik Partiyası” 52,5 faiz səs toplayıb.

Parlamentə seçkidə mübarizə aparan 20 partiyadan cəmi 3-ü düşə bilib.

Keçmiş prezidentlər Vladimir Voronin və İqor Dodon-un kommunist və sosialistlərdən ibarəd bloku isə 27 faizdən bir qədər artıq səs toplaya bilib.

Biznesmen İlan Şorom-un milli-mühavizəkar “Şor” partiyası isə 6 faizə yaxın səs toplayıb.

Qalan partiyalar isə parlamentə düşmək üçüm lazım olan 5 faizli həddi keçə bilməyiblər.

MSK-nın məlumatına görə, erkən parlament seçkiləri zamanı elə bir qanun pozuntusu aşkar edilməyib.

Seçici fəallığı 48 faiz olub.

İlkin məlumata görə, beləliklə hakim “Hərəkət və Həmrəylik Partiyası” 101 yerlik parlamentdə 51-dən çox mandat qazanıb ki, bu təkbaşına hökuməti  formalaşdırmağa bəs edir.

Qeyd edək ki, hakim “Hərəkət və Həmrəylik Partiyası” Avropa İttifaqı  ilə yaxın əlaqələrin tərəfdarıdır.

Seçkidə ikinci yerdə gələn Voroninlə Dodon-un müxalif blokları isə rusiyapərəst mövqe yeridir və erkən seçkilərə səbəb, rəqiblər arasında yaranmış siyasi böhran oldu.

Qeyd edək ki, Moldova 2009-cu ildə yaradılmış Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının üzvüdür.

Bu proqrama Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna daxildir.

Məqsəd bu ölkələrlə Avropa İttifaqı  arasında siyasi və iqtisadi münasibәtlәri dərinləşdirilməkdir.

3.5 milyonluq əhalisi olan Moldova Avropanın ən yoxsul ölkələrindən biridir.

Ölkə siyasətçiləri Rusiyaya meyllilərlə avropayönlülərə bölünüb.

Avropayönlülər Moldova və ona mədəniyyəti və dili ilə yaxın Rumıniya arasında daha sıx əlaqələrə can atırlar.

Rusiya 1990-cı illərdən bəri bu ölkədə silah anbarını qorumaq bəhanəsi ilə qoşun saxlayır.

Moldova Rusiya qoşunlarının ölkədən çıxarılması üçün dəfələrlə BMT-yə müraciət edib.

 



Әlaqәli Xәbәrlәr