ABŞ və Rusiya prezidentləri telefonda danışdılar

Ağ Evdən verilən yazılı məlumatda bildirilir...

1673033
ABŞ və Rusiya prezidentləri telefonda danışdılar

 

  Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden və Rusiya prezidenti Vladimir Putin Suriyadakı mühacirlərə humanitar yardım və ABŞ-da Respublikaçı Partiyanın məlumat (data) bazasına Rusiya tərəfindən edildiyi bildirilən kiber hücumları barədə danışıblar.

  Ağ Evdən verilən yazılı məlumatda bildirilir: "Başçılar iyulun 9-da Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasında Suriyaya humanitar yardımın yekdilliklə yenilənməsinə gətirib çıxaran ABŞ-Rusiya Zirvə toplantısından sonra iki ölkənin əlaqədar qruplarının ortaq işlərini təqdirlə qarşılayıblar.

  Telefonda Co Bayden Vladimir Putinə ABŞ və digər ölkələrə qarşı Rusiyada fəaliyyət göstərən kompüter quldurlarına maneə törətmək üçün hərəkətə keçməli olduğunu bildirib və hakerlərin meydana gətirdiyi geniş təhdidə etiraz etməyə çağırıb, ABŞ-ın davam edən belə meydanoxumalara qarşı xalqını və infrastrukturunu qorumaq üçün lazım olan hər şeyi edə biləcəyini təkrarlayıb."



Әlaqәli Xәbәrlәr