İsrail qüvvələri İordan çayının Qərb sahilində 11 fələstinlini yaralayıb

İsrail qüvvələrinin işğal altındakı İordan çayının Qərb sahilində nümayiş keçirən fələstinlilərə hücum etməsi nəticəsində 11 nəfər yaralanıb.

1672617
İsrail qüvvələri İordan çayının Qərb sahilində 11 fələstinlini yaralayıb

İsrail qüvvələrinin işğal altındakı İordan çayının Qərb sahilində nümayiş keçirən fələstinlilərə hücum etməsi nəticəsində 11 nəfər yaralanıb.

Fələstin Qızıl Aypara Cəmiyyətinin açıqlamasında Nablusun cənub-şərqindəki Kusra bölgəsində İsrail qüvvələrinin rezin güllələrlə yaralanan 11 nəfəri ilə gözyaşardıcı qazdan təsirlənən 20 nəfərə müdaxilə edildiyi bildirilib.

İsrail qüvvələrinin Nablusun cənubundakı Beyta qəsəbəsinə müdaxiləsi zamanı gözyaşardıcı qazdan təsirlənən 6 nəfərin müalicə olunduğu məlumatı verilib. 

Digər tərəfdən, 3 iyul tarixində İordan çayının qərb sahilindəki Nablus şəhərinin Kusra kəndində İsrail qüvvələri tərəfindən həqiqi güllə ilə vurulan 20 yaşlı Məhəmməd Fərid Əli Həsən həyatını itirib. Onun cəsədinin hələ də ailəsinə təhvil verilmədiyi bildirilib. 

İsrail ailələrinə təhvil vermədiyi fələstinlilərin cəsədlərini "Rəqəmlər qəbiristanlığı" adlandırdığı və üzərlərində adlar əvəzinə sadəcə rəqəmlərin olduğu qəbirlərdə basdırır.

Şəhid Cəsədlərinin Geri Alınması Təşəbbüsünə görə, İsrail tərəfindən 1967-ci ildən bəri müxtəlif yollarla şəhid olan 254 fələstinlinin cəsədləri "Rəqəmlər Qəbiristanlığı"nda saxlanılır.



Әlaqәli Xәbәrlәr