Haiti prezidenti evində öldürüldü

Haiti Prezidenti Jovenel Moise gecə saatlarında naməlum şəxslər tərəfindən öz evində güllələnib.

1671496
Haiti prezidenti evində öldürüldü

TRT-nin yerli mətbuata istinadən bildirir ki, hadisə Türkiyə vaxtı ilə 05:00-də törədilib.

Ölkənin Baş naziri Klod Cozef prezidentə sui-qəsd cəhdinin iyulun 7-nə keçən gecə edildiyini bildirib. O qeyd edib ki, hücum edənlər ispan dilində danışıblar. Hücum zamanı Moisenin həyat yoldaşı da xəsarət alıb.

 



Әlaqәli Xәbәrlәr