Prezidentlər Tacikistan-Əfqanıstan məsələsini müzakirə etdilər və qərar verdilər

Tacikistan Prezident Aparatı mətbuat xidmətinin məlumatına görə...

1670457
Prezidentlər Tacikistan-Əfqanıstan məsələsini müzakirə etdilər və qərar verdilər

 

  Tacikistan prezidenti Emamali Rahmon və Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani Tacikistan-Əfqanıstan sərhədində yaranan hərbi-siyasi vəziyyəti müzakirə ediblər.

  Tacikistan Prezident Aparatı mətbuat xidmətinin məlumatına görə, dövlət başçıları Əfqanıstanla sərhəddə, şimal və şimal-şərq istiqamətində yaranan gərginlik, Taliban terror təşkilatının Mərkəzi Asiya sərhədlərinə doğru irəliləməsi, əfqan hərbçilərin şəxsi heyətin həyatını xilas etmək üçün Tacikistanın dövlət sərhədini keçməsi ilə bağlı geniş müzakirələr aparıblar.

  Emamali Rahmon bildirib ki, bu məsələdə Tacikistanın mövqeyi Əfqanıstanın daxili işinə qarışmamaq, rəsmi hökumətin mövqeyini müdafiə etmək, qonşu ölkədə sülhün, sabitliyin və təhlükəsizliyin qorumasından ibarətdir.

  Tərəflər təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi, sərhədin etibarlı qorunması və ikitərəfli münasibətlərin digər aktual problemləri haqqında da danışıblar.

  Qeyd edək ki, Tacikistan prezidenti Emamali Rahmon Əfqanıstanla sərhədin gücləndirilməsi üçün daha 20 min hərbçinin Tacikistan-Əfqanıstan sərhədinə göndərilməsinə göstəriş verib. O, Tacikistan-Əfqanıstan sərhədində siyasi və hərbi vəziyyətin gərginləşməsi ilə bağlı respublika Təhlükəsizlik Şurasının üzvlərinə, güc strukturlarının, hüquq-mühafizə orqanlarının rəhbərlərinə dövlətin və xalqın təhlükəsizliyinin qorunması üçün sərhəddə konkret tədbirlər həyata keçirilməsini tapşırıb. Prezident həmçinin dövlət sərhədinin etibarlı qorunması, baş verə biləcək hər cür təhlükənin, transmilli cinayətkarlığın, terrorizm, ekstremizm, narkotiklərin qeyri-qanuni dövriyyəsinin qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlərin reallaşması üçün də göstəriş verib.



Әlaqәli Xәbәrlәr