Merkelin kansler kimi Böyük Britaniyaya vida səfəri

Almaniya Federatif Respublikası və Böyük Britaniya hökumətlərinin rəhbərləri Londonda danışıqlar aparıblar

1669313
Merkelin kansler kimi Böyük Britaniyaya vida səfəri

 

  Almaniya Federatif Respublikası və Böyük Britaniya hökumətlərinin rəhbərləri Londonda danışıqlar aparıblar.

  Almaniya kansleri Angela Merkel Böyük Britaniyanın baş naziri Boris Conson və Kraliça II Yelizaveta ilə görüşmək üçün Londona uçub.

  Kanslerin baş nazirlə məsləhətləşmələri Londonun şimal-qərbində, Consonun şəhərətrafı malikanəsində keçirilib, daha sonra mətbuat konfransı təşkil olunub.

  Kraliça II Yelizaveta kansler Angela Merkeli Vindzor qəsrində qəbul edib. Almaniya hökumət başçısının dəftərxanasından verilən məlumata görə, A.Merkel 95 yaşlı Kraliça ilə görüşü özü üçün şərəf hesab etdiyini və bu görüşün baş tutmasına çox şad olduğunu bildirib.

  Almaniya mətbuatı yazıb ki, Angela Merkel üçün bu görüş onun kansler vəzifəsində Böyük Britaniyaya bir növ vida səfəridir. Çünki 16 il hakimiyyətdə olmuş Merkel bu il sentyabr ayında keçiriləcək federal seçkilərdə öz namizədliyini irəli sürməyəcək.



Әlaqәli Xәbәrlәr