Meksikada iki kartel arasında silahlı toqquşma zamanı 34 nəfər öldürülüb

Meksikanın Sakatekas ştatında “Yeni Nəsil Jalisko” və “Sinaloa” kartelləri arasında silahlı qarşıdurma baş verib.

1665403
Meksikada iki kartel arasında silahlı toqquşma zamanı 34 nəfər öldürülüb

Meksikanın Sakatekas ştatında “Yeni Nəsil Jalisko” və “Sinaloa” kartelləri arasında silahlı qarşıdurma baş verib.

Toqquşması zamanı həlak olanların sayı azı 34 nəfərə çıxıb.

Toqquşma San-Xuan-Kapistrano yaşayış məntəqəsində baş verib. Hadisə yerinə gələn hakimiyyət nümayəndələri yandırılmış iki pikap aşkarlayıblar. Toqquşma iştirakçılarının tutulması haqqında məlumat yoxdur.

Qeyd edək ki, Meksikanın ən güclü və ən şiddətli cinayət təşkilatı kimi qəbul edilən Yeni Nəsil Jalisko" karteli bölgə və ətrafına nəzarət üçün "Sinoloa" karteli ilə toqquşur. 

Meksikada 2006-cı illdə kartelləri yox etmək üçün başladılan mübarizənin səbəb olduğu atışma muhitində indiyə qədər 300 mindən çox insan həyatını itirib, 340 mindən çox meksikalının yerlərindən edildiyi prosesdə təqribən 40 min nəfər isə itkin düşüb.



Әlaqәli Xәbәrlәr