Banqladeşdə “iqlim qaçqınları” sayının 10 milyonu keçdiyi bildirilib

Banqladeşin xarici işlər naziri Abul Kalam Abdul Momen iqlim dəyişikliyi nəticəsində didərgin düşmüş Banqladeşli “iqlim qaçqınları” nın sayının 10 milyonu keçdiyini bildirib.

1665357

Nazir Momen iyunun 26-da İngiltərənin paytaxtı Londondakı Banqladeş Yüksək Komissiyası və Tover Hamlet Şurası tərəfindən təşkil edilən iqlim proqramına video-konfrans farmatı ilə qatılıb.

Momen ölkəsinin hazırda 1,1 milyon Arakanlı müsəlmana ev sahibliyi etdiyini vurğulayaraq, iqlim dəyişikliyindən asılı köç etmək məcburiyyətində qalan 10 milyondan çox banqladeşlinin olduğunu bildirib.

Mome, iqlim dəyişikliyi səbəbiylə köç etmək məcburiyyətində qalanları "iqlim qaçqınları" olaraq xarakterizə edib.

Ölkəsinin qlobal istiləşmə qurbanlarından biri olduğunu dilə gətirən Momen 2050-ci ilə qədər iqlim dəyişikliyi səbəbiylə dəniz səviyyəsindəki artımın Banqladeş sahillərinin 17 faizini sular altında qoya və bu vəziyyətin 20 milyondan çox insanı ev-eşiyindən edə biləcəyini söyləyib.

Әlaqәli Xәbәrlәr