Belçikada Aİ Liderlər Zirvəsi başlayır

Avropa İttifaqı ölkələrinin başçıları, aralarında Türkiyənin də olduğu dövlətlərlə gündəm başlıqlarını müzakirə etmək üçün iyunun 24 və 25-ində bir araya gəlir

1663533
Belçikada Aİ Liderlər Zirvəsi başlayır

 

  Avropa İttifaqı ölkələrinin başçıları, aralarında Türkiyənin də olduğu dövlətlərlə gündəm başlıqlarını müzakirə etmək üçün iyunun 24 və 25-ində bir araya gəlir.

  Aİ Liderlər Zirvə Toplantısı 24 və 25 iyun tarixlərində Belçikanın paytaxtı Brüsseldə təşkil ediləcək.

  Başçıların gündəmində yeni tip koronavirus (Covid-19) epidemiyası ilə mübarizə, Aİ-nin üzv ölkələr üçün qurtarma fondları, köçlə bağlı üçüncü ölkələrlə əməkdaşlıq, Türkiyə, Belarus, Rusiya ilə xarici əlaqələrə baxış məsələləri müzakirə olunacaq.

  Yığıncağın axşam yeməyində danışılacaq Türkiyə ilə əlaqədar hissəsində Türkiyə-Aİ əlaqələri, Şərqi Aralıq dənizindəki vəziyyət və Kipr, köç, Türkiyədəki suriyalılara yardım, Gömrük Birliyinin aktuallaşması və ticari münasibətlər müzakirə ediləcək.



Әlaqәli Xәbәrlәr