Angela Merkel: “Türkiyə ilə dialoq gündəliyini sürətlə həyata keçirməliyik”

Almaniya kansleri Angela Merkel Avropa İttifaqında ortaq maraqlar mövzusunda əməkdaşlığı inkişaf etdirmək üçün Türkiyə ilə dialoq gündəliyinin sürətlə həyata keçirilməli olduğunu bildirib.

1663954
Angela Merkel: “Türkiyə ilə dialoq gündəliyini sürətlə həyata keçirməliyik”

Angela Merkel Avropa İttifaqı liderləri sammiti ərəfəsində Bundestaqda etdiyi çıxışında bu barədə danışıb.  Avropa Şurasından və Komissiyadan miqrasiya ilə bağlı əsas ölkələrlə tərəfdaşlıq qurmaq yolunda atılası  addımlara dair təkliflər vermələrini tələb  idən Merkel  Avropa İttifaqı Komissiyasından keçiriləcək sammitdə  alyansın Türkiyə ilə miqrasiya əməkdaşlığının maliyyələşdirilməsinin davam etdirilməsi üçün konkret təklif təqdim etməsini gözlədiklərini bildirib. Türkiyədə qeydiyyatdan keçən 3.7 milyon Suriyalının  olduğunu xatırladan Merkel: “Hal-hazırda və gələcəkdə miqrasiya problemlərini yalnız Türkiyə ilə dialoq  çərçivəsində həll  edəbiləcəyimiz aydındır. Mart ayında razılaşdığımız kimi, Avropa  İttifaqı olaraq ortaq maraqlar mövzusunda əməkdaşlığımızı inkişaf etdirmək üçün Türkiyə ilə dialoq gündəliyini sürətlə həyata keçirməliyik”-deyə Merkel vurğulayıb.  

 



Әlaqәli Xәbәrlәr