Berlin şəhərində nümayişçilərlə polis arasında qarşıdurma yaranıb

Almaniyanın paytaxtı Berlin şəhərində nümayişçilərlə polis arasındakı qarşıdurmada 60 polis əməkdaşı yaralanıb.

1659801
Berlin şəhərində nümayişçilərlə polis arasında qarşıdurma yaranıb

Almaniyanın paytaxtı Berlin şəhərində nümayişçilərlə polis arasındakı qarşıdurmada 60 polis əməkdaşı yaralanıb.

Radikal qruplar uzun müddət işğal etdikləri Friedrichshain bölgəsindəki binada yanğınla bağlı tədqiqat aparılmasının  qarşısını almaq istəyiblər. 

200 nəfərlik qəzəbli qrup binanın ünvanına gedən küçələrdə barrikadalar quraraq avtomobil təkərlərini yandırıblar..

Polis və işğalçılar qarşı-qarşıya gəliblər. 

Nümayişçilər polisə daş və şüşələr atdıqda, hadisələrdə 60 polis məmuru yaralanıb.

Oktyabr ayında radikal sol qrup tərəfindən işğal edilmiş və bir müddət buranı tərk etməməkdə müqavimət göstərən eyni bina polis müdaxiləsi ilə boşaldılmışdı.

Mülk sahibi ilə işğalçılar arasındakı hüquqi proses uzun müddətdir davam edir.



Әlaqәli Xәbәrlәr