Almaniyada terror təşkilatı PKK-nın qaranlıq üzü bir daha ortaya çıxdı

Almaniyada terror terror təşkilatı PKK-nın qaranlıq üzünü ortaya qoyan hesabat yayıldı.

1659534
Almaniyada terror təşkilatı PKK-nın qaranlıq üzü bir daha ortaya çıxdı

Almaniyada terror terror təşkilatı PKK-nın qaranlıq üzünü ortaya qoyan hesabat yayıldı.

Almaniyanın daxili işlər naziri Horst Seehofer tərəfindən ictimaiyyətə təqdim olunan və daxili kəşfiyyatdan məsul olan Konstitusiyanı Qoruma Təşkilatı tərəfindən hazırlanan 420 səhifəlik 2020 hesabatında zorakılığın bölücü terror təşkilatı PKK üçün strateji bir seçim olmağa davam etdiyi vurğulanıb. 

Bölücü terror təşkilatı PKK-nın Almaniyadakı ən böyük xarici ekstremist qrup olmağa davam etdiyi bildirilən hesabatda terror təşkilatının Almaniyada özünün ehtiyacı olacağı təqdirdə zorakılıq tətbiq edə biləcək vəziyyətdə olduğu qeyd edilib.

Terror təşkilatı PKK-ya 12 səhifə ayrılan hesabatda əli qanlı təşkilatın Almaniyada 14.500 üzvü olduğu və 16.5 milyon avro yardım və xərac topladığı ifadə edilib.

Hesabatda 2013-cü ildən bu yana Almaniyadan 290 nəfərin separatçı terror təşkilatı PKK-ya qoşulmaq üçün Türkiyəyə, İraqın şimalına və Suriyanın şimalına getdikləri, bunlardan 32 nəfərin öldüyü, 150 nəfərin Almaniyaya döndüyü bildirilib.

Almaniyada terror təşkilatı PKK-nın gənclərin beynini yuduğu vurğulanan hesabatda təşkilatın sosial mediadan aktiv şəkildə istifadə edərək təşkilat üçün adamlar cəlb etmək istədiyi ifadə edilib.

Kəşfiyyat hesabatında Almaniyada "qondarma festival" adı altında təşkil edilən tədbirlərin terror təşkilatının təbliğatını yaymaq və silahlıları arasında həmrəylik təmin etmək üçün həyata keçirildiyi qeyd edilib.



Әlaqәli Xәbәrlәr