Nigeriyada vəba epidemiyasından həyatını itirənlərin sayı 37-yə çıxıb

Nigeriyanın Bauchi əyalətindəki vəba (xolera) epidemiyasından son bir ayda həyatını itirənlərin sayı 37-yə yüksəlib.

1657994
Nigeriyada  vəba epidemiyasından həyatını itirənlərin sayı 37-yə çıxıb

Nigeriyanın Bauchi əyalətindəki vəba (xolera) epidemiyasından son bir ayda həyatını itirənlərin sayı 37-yə yüksəlib.

Nigeriya Təməl Sağlıq İşləri üzrə Agentliyi Bauçi əyalətinin rəhbəri Dr. Rilvan Məhəmməd 25 maydan bu yana vilayətin müxtəlif bölgələrində 1799 adama vəba diaqnozu qoyulduğunu söyləyib.

Məhəmməd epidemiya səbəbiylə 17 nəfərin öldüyünü, bununla da keçən aydan bəri epidemiyadan həyatını itirənlərin sayının 37 nəfərə çatdırdığını bildirib.

Xəstəliyin görüldüyü bölgələrə təcili tibbi yardım və tibbi ləvazimatların göndərildiyini bildirən Məhəmməd bölgə sakinlərini epidemiyaya qarşı tədbir görməyə çağırıb.



Әlaqәli Xәbәrlәr