Qebreyesus: “COVAX-ın ən vacib prioriteti kasıb ölkələrə peyvənd tədarüküdür”
ÜST G7 ölkələrinin ehtiyacı olan ölkələrə pulsuz “Kovid-19” əleyhinə peyvəd verilməsi qərarına münasibət bildirib.
1657442
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus, G7(Böyük yeddiliklər) ölkələrinin ehtiyacı olan ölkələrə pulsuz 870 milyon doza yeni koronavirus (Kovid-19) əleyhinə peyvənd verilməsi qərarını yüksək qiymətlindirib.Ancaq miqdarın yetərli olmadığını qeyd edib.
ÜST tərəfindən yayılan açıqlamada G7 ölkələrinin “COVAX”-a 870 milyon doza peyvənd bağışlayacağı xatırladılıb. Şərhdə qeyd edilib ki, ianənin ən az yarısı cari ilin sonuna dək, qalan hissəsi isə 2022-ci ildə veriləcək. G7 ölkələrin COVAX-a dəstəyinin yüksək qiymitlindirildiyi ifadə edilən açıqlamada COVAX-ın ən vacib prioriteti kasıb ölkələrə peyvənd tədarükü olduğuna diqqət çəkilib. Bu sahədə lazımlı addımların atılmasının əhəmiyyəti vurğulanıb.