G-7 ölkələrinin ortaq bəyanatı

İngiltərənin ev sahibliyi ilə Kornouldakı (Cornwall) Karbis (Carbis) körfəzində 11-13 iyunda baş tutan G-7 Zirvə Toplantısının bəyanatı oxunub

1657110
G-7 ölkələrinin ortaq bəyanatı

 

  G-7 ölkələri (Amerika Birləşmiş Ştatları, İngiltərə, Yaponiya, Fransa, Kanada, Almaniya və İtaliya) yeni tip koronavirus (Covid-19) epidemiyasının sona çatdırılması məqsədiylə ehtiyacı olan ölkələrə 2022-ci il üçün 1 milyard doza peyvənd hədiyyə edilməsi planlaşdırdı.

  İngiltərənin ev sahibliyi ilə Kornouldakı (Cornwall) Karbis (Carbis) körfəzində 11-13 iyunda baş tutan G-7 Zirvə Toplantısının bəyanatı oxunub.

  Epidemiya ilə mübarizə məqsədiylə 2022-ci il üçün qlobal miqyasda 1 milyard doza “Covid-19” peyvəndinin ehtiyacı olan ölkələrə hədiyyə ediləcəyi yazılan bəyanatda korona virusunun araşdırılması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən icra ediləcək, mütəxəssislərin başçılığı ilə şəffaf və elmi ikinci mərhələnin araşdırılması çağırışı edilib.

  Bəyanatda qlobal sağlıq risklərinə qarşı əməkdaşlığın gücləndirilməsi, koordinasiyanın artırılması, tibb məhsulları sektorunda emalat həcminin çoxaldılması, erkən xəbərdarlıq sistemlərinin yaradılması ilə bağlı ölkə bağşçılarının razılaşdığı ifadə olunub. Bundan başqa, G-7 etibarlı və təsirli peyvənd və müalicələrin inkişaf etdirilməsi, yoxlama müddətinin 300 gündən 100-ə salınmasını nəzərdə tutan elmi işlərin dəstəkləniləcəyi qeyd edilib.

  G-7 ölkələri tərəfindən epidemiya müddətində iqtisadiyyatların dəstəklənməsi üçün 12 trilyon dollar maddi dəstək göstərilməsi qəbul edilib.

  İqlim dəyişikliyi ilə mübarizə mesajlarının damğasını vurduğu zirvə toplantısı bəyanatında G-7 ölkələrinin karbon emisiyasını 2030-cu ilə qədər yarıya endirilməsi, ən gec 2050-ci ilə qədər tamamilə sıfırlanması, qlobal istiləşmənin +1,5 dərəcəni keçməməsi üçün lazımlı hər addımın atılacağı bildirilib.

  Bəyanatda dəyişən dünyada demokratiya, azadlıq, bərabərlik, hüququn üstünlüyü, insan haqlarına hörmət kimi dəyərlərin müdafiə olunmağa davam ediləcəyi yazılıb.

  Eyni zamanda, yoxsul ölkələrdəki 40 milyon qız uşağının təhsilə cəlb edilməsinin dəstəklənilməsi məqsədiylə Qlobal Təhsil Ortaqlığı (GPE) proqramına ən az 2,7 milyard dollar ayrılması nəzərdə tutulub.  



Әlaqәli Xәbәrlәr