“Böyük yeddilik” Zirvə görüşü davam edir

İngiltərənin Kornvol şəhərində keçirilən Zirvə görüşünə qatılan ölkələrin liderlərinin əsas gündəmini ikinci gündə ilkin planda yeni növ koronavirusla mübarizə təşkil edir.

1656605

Zirvə görüşünün ikinci günündə liderlər qarşılıqlı görüşlər keçirməyə başlayıblar. 

Gündəmdə qlobal koronavirus infeksiyası ilə mübarizə, pandemiyadan sonra dünya iqtisadiyyatının bərpası və iqlim problemləri kimi başlıqlar yer alır. 

Liderlərin yoxsul ölkələrə bir milyard doza aşı bağışlacağı gözlənilir. 

Qeyd edək ki, Böyük Britaniya Kraliçası II Elizabet də “Böyük yeddilik” Zirvə görüşünə qatılan ölkələrin liderləri ilə görüşüb.

Zirvə görüşünə qatılan ölkələrin liderlərini qonaq edən Kraliça 40 dəqiqəlik qəbuldan sonra sosial məsafə qaydalarını qoruyaraq xatirə şəkli çəkdirib.

Görüşdə kraliçanı oğlu Uels şahzadəsi Çarlz, gəlini Kornvol hersoqovinası Kamilla, nəvəsi Kembric hersoqu Viliam və həyat yoldaşı hersoqovina Keyt müşayiət ediblər.

Dünya liderləri ilə tək-tək görüşən şahzadə Çarlz çıxışı zamanı onlardan koronavirus pandemiyasına görə apardıqları mübarizəni iqlim dəyişikliyi üçün də göstərmələrini istəyib.

Әlaqәli Xәbәrlәr