Somalidə partlayış, 60 nəfər ölüb

Somalidə Əl-Şabab terror təşkilatına aid bir evdə partlayış baş verib.

1653970
Somalidə partlayış, 60 nəfər ölüb

Somali ordusu radiosuna açıqlama verən hərbi səlahiyyətlilər partlayışın hadisənin Aşağı Şabel bölgəsinin Ala-Futow qəsəbəsində terror təşkilatı Əl-Şabab-ın bomba mütəxəssisləri və silahlılarının olduğu evdə baş verdiyini, ən azı 60 terrorçunun öldüyünü bildiriblər.

Bombanın hazırlanmasında istifadə edilən materiallar ilə dolu olan 11 otaqlı evdəki partlayış səbəbiylə ətrafda yaşayan bir qadın və bir uşaq da həyatını itirib. Hərbi rəsmilərin məlumatına görə partlayış nəticəsində ölən 6 xarici silahlıdan biri Əfqanıstandan bölgəyə gedən “Əhməd Şərif”dir.

Qeyd edək ki, Somali ordusu dünən verdiyi açıqlamada təşkilata qarşı başlatılan hərbi əməliyyatlarda son 3 həftədə ərzində 100-dən terrorçunun zərərsizləşdirildiyinə diqqət çəkmişdi.



Әlaqәli Xәbәrlәr