Dünyada nə qədər yetim və kimsəsiz uşaq var?

Birləşmiş Millətlər Təşkilatı Uşaqlara Yardım Fondu (UNİCEF), Beynəlxalq Əmək Təşkilatı (İLO), Avropa İttifaqı, Qlobal Müsəlman Yardım Təşkilatı (MGR) və qeyri-hökumət təşkilatlarının hesabatlarından toplanan ümumi məlumata görə...

1649844
Dünyada nə qədər yetim və kimsəsiz uşaq var?

 

  Təbii fəlakət, epidemiya, qarşıdurma, savaş və köç kimi böhranlar üzündən dünyada hər gün təxminən 10 min uşağın ana və ya atasını itirməsiylə qeydiyyatlı yetim və kimsəsiz uşaq sayı 140 milyonu keçib.

  1 İyun Ümumdünya Valideynlər Günü ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatı Uşaqlara Yardım Fondu (UNİCEF), Beynəlxalq Əmək Təşkilatı (İLO), Avropa İttifaqı, Qlobal Müsəlman Yardım Təşkilatı (MGR) və qeyri-hökumət təşkilatlarının hesabatlarından toplanan ümumi məlumata görə, hal-hazırda valideyn qorumasından ayrı düşən yüz minlərlə uşağın can təhlükəsizliyi, bəslənmə, sığınma, təhsil və psixoloji ehtiyaclarının qarşılanması üçün təcili köməyə ehtiyacı var.

  UNİCEF-in məlumatına görə, dünyada hər gün 10 minə yaxın uşağın yetim və kimsəsiz qalması ilə ümumi belə uşaqların sayı təxminən 140 milyondur. Ancaq statistikalara əks olunmayan uşaq sayının daha çox olduğu düşünülür.

  7,7 milyard olduğu təxmin edilən dünya əhalisinin 2,2 milyardını təşkil edən uşaqların müxtəlif səbəblərdən müdafiəsiz qaldığı bildirilir.

  Hesabata görə, yetimliyə gətirib çıxaran ən böyük səbəblərdən biri təbii fəlakətlərdir. Son 20 ildə baş verən təbii fəlakətlər nəticəsində 750 min adam həyatını itirib, yüz minlərlə uşaq yetim və kimsəsiz qalıb.

  2018-ci ildə olan savaş və qarşıdurmalarda isə 100 minə yaxın adam həyatını itirib, on minlərlə uşaq kimsəsiz qalıb ki, bu itkilərin 80 faizi müsəlman ölkələrinə düşür.  

  Hesabatda Suriyadakı vətəndaş müharibəsində 18 yaşdan aşağı 9 milyon 200 min uşağın köməyə möhtac vəziyyətə düşdüyü, bir milyona yaxın uşağın isə yetim qaldığı yazılır.

  Qlobal Müsəlman Yardım Təşkilatının "Yetimlərimiz" başlıqlı hesabatına görə isə dünyanın müxtəlif bölgələrində doğum qeydiyyatı aparılmamış və ya valideynləri öldüyü zaman bir qohumu sahib çıxdığı üçün yetim yazılmayan çox sayda kimsəsiz uşaq var. "Görünməyən uşaqlar" adlandırılan bu yetimləri də əlavə etdikdə dünyadakı kimsəsiz uşaq sayının 400 milyonu keçdiyi təxmin edilir.  



Әlaqәli Xәbәrlәr