Yeni Zelandiyada sel fəlakəti

Yeni Zelandiyanın Canterbury bölgəsində güclü yağış nəticəsində baş verən daşqın səbəbindən yüzlərlə insan evlərindən çıxarıldı.

1648793
Yeni Zelandiyada sel fəlakəti

Bəzi bölgələrdə suyun səviyyəsinin 40 santimetrə çatması səbəbindən ölkədə fövqəladə vəziyyət elan edildi. Ordunun da iştirak etdiyi evakuasiya işləri əsnasında 50-dən çox insan hərbi helikopterlə xilas edilib. Daşqın səbəbiylə çox sayda insan itkin düşüb.

Məlumata görə Yeni Zelandiya Baş naziri Jacinda Ardern fəlakət səbəbi ilə araşdırmalar aparmaq üçün bölgədəki Christchurch şəhərini ziyarət edəcək.



Әlaqәli Xәbәrlәr