Baydenin Suriyada YPG/PKK-nın nəzarətindəki neft sahələrilə bağlı qərarı

Cozef Baydenin Suriyada bölücü terror təşkilatı YPG/PKK-nın işğal etdiyi neft bölgələri üçün bir ABŞ firmasına verilən "sanksiya azadlığının" müddətini uzatmayacağı bildirilib.

1647116
Baydenin Suriyada YPG/PKK-nın nəzarətindəki neft sahələrilə bağlı qərarı

ABŞ  Prezidenti Cozef Baydenin Suriyada bölücü terror təşkilatı YPG/PKK nın işğal etdiyi neft bölgələri üçün bir ABŞ firmasına verilən "sanksiya azadlığının" müddətini uzatmayacağı bildirilib.

Amerikan "Associated Press" (AP) agentliyinin mövzu ilə bağlı, adı açıqlanmayan bir səlahiyyətliyə əsaslandırdığı xəbərə görə, Bayden rəhbərliyinin Suriyadakı neft bölgələri ilə əlaqədar yeni addım atmağa hazırlaşdığı qeyd edilib.

Buna görə, Bayden rəhbərliyi keçən il Suriyadakı neft sahələrində fəaliyyət göstərmək üçün ABŞ enerji şirkəti "Delta Crescent Energy"yə verilən sanksiya azadlığını uzatmamağa qərar verib.

ABŞ Maliyyə Nazirliyi əvvəlki sanksiyalar çərçivəsində ABŞ şirkətlərinin Suriyada enerji sahəsində fəaliyyət göstərməyi qadağan edərkən, keçmiş Prezident Donald Tramp rəhbərliyi 2020-ci ilin aprelində "Delta Crescent Energy" şirkətinə sanksiya azadlığı tətbiq etmişdi.

Xəbərə görə, Bayden rəhbərliyi Tramp dövründəki "Suriyadakı nefti əlində saxlama" siyasətini artıq təqib etmədiyi üçün yeni dövrdə YPG/PKK işğalı altındakı neft bölgələri üçün verilən sanksiya azadlığı ilə bağlı qərarın müddətini uzatmayacaq.

Qeyd edək ki, 2019-cu ildə ABŞ-ın keçmiş səfiri Ceyms Kein və keçmiş hərbi üzv Ceyms Reese tərəfindən qurulan "Delta Crescent Energy" Suriyanın şimal-şərqində separatçı terror təşkilatı YPG/PKK-nın işğalı altında olan ərazilərdə neft çıxarırdı.

Tramp 2019-cu ilin oktyabrında Amerika qoşunlarının Suriyadan çıxarılmasını əmr etmişdi, sonra bölgədəki neft sahələrinə nəzarətini saxlamaq üçün bölgədə məhdud sayda əsgər qalmasına qərar vermişdi.



Әlaqәli Xәbәrlәr