Nigeriyada vəba epidemiyası tüğyan edir

Nigeriyanın Bauchi əyalətində vəba epidemiyası səbəbiylə 20 nəfər həyatını itirib.

1645951
Nigeriyada vəba epidemiyası tüğyan edir

Bauchi əyalətinin Səhiyyə nümayəndəsi Dr. Aliyu Maigoro bu barədə məlumat yayıb. Qeyd edib ki, ştatın müxtəlif bölgələrində 322 adama vəba diaqnozu qoyulub. 20 nəfərin xəstəlikdən öldüyünü ifadə edən Maigoro, bir çox insanın da müalicə altına alındığını, epidemiyanın qeydə alındığı bölgələrə təcili tibbi yardım və vəsait çatdırıldığını bildirib.

Bölgədəki Sakinləri epidemiyaya qarşı tədbir görməyə çağıran Maigoro, şübhəli halların səlahiyyətlilərə bildirilməsini istəyib.

Qeyd edək ki, Nigeriyada təmiz su ehtiyacının təmin edilə bilməməsi və tibbi müdaxilənin qənaətbəxş olmaması epidemiya və ölüm riskini artırır. Ölkədə malyariya, poliomielit, qızdırma, meymun çiçəyi virusu kimi epidemik xəstəliklər yaygındır.

 



Әlaqәli Xәbәrlәr