BMT İsraili sərhəd qapılarını açmağa çağırıb

Birləşmiş Millətlər Təşkilatı (BMT), İsraili sərhəd qapılarını açmağa çağırdı ki, müalicəyə ehtiyacı olan fələstinlilər Qəzzanı tərk edə bilsinlər.

1645747
BMT İsraili sərhəd qapılarını açmağa çağırıb

BMT Baş Katibinin sözçüsü Stephane Dujarric gündəlik mətbuat brifinqində bu barədə danışıb. Qeyd edib ki, Ərez (Beyt Hanun) sərhəd-keçid məntəqəsi beynəlxalq humanitar işçilər üçün açıqdır, lakin 11 may tarixindən bəri Fələstinli humanitar işçilər və müalicə üçün Qəzzadan  çıxmaq  istəyənlərə icazə  verilmir. Bu  səbəbdən müalicəyə ehtiyacı olan fələstinlilər  çətin  vəziyyətlə   üz-üzə  gəliblər. İsrail Qəzzaya açılan bütün sərhəd qapılarını dərhal açmalıdır.

Xatırladaq ki, İsrail Kerm Əbu Səlim və Beyt Hanun (Erez) sərhəd qapılarından yalnız humanitar yardımların  keçidinə   icazə  verir. 



Әlaqәli Xәbәrlәr