Nigeriyada silahlı hücum: 9 nəfər ölüb

Qərbi Afrika ölkələrindən Nigeriyanın Benue əyalətində törədilən silahlı hücum nəticəsində 9 nəfər həyatını itirib

1644409
Nigeriyada silahlı hücum: 9 nəfər ölüb

 

  Hadisə Benue əyalətinin Makurdi bölgəsində silahlı şəxslər tərəfindən törədilib. 9 nəfərin öldüyü silahlı hücumda çox sayda adam yaralanıb.

  Benue Polis sözçüsü Catherine Anene hücumları təsdiqləsə də ölənlərin sayı barədə məlumat verməyib. Hadisənin törədildiyi əraziyə təhlükəsizlik qüvvələrinin cəlb olunduğunu bildirib.

 Xatırladaq ki, son zamanlarda ölkədə silahlı şəxslər motosikllərlə hücumlar təşkil etdikləri üçün bəzi əyalətlərdə motosiklin istifadəsi qadağan edilib.

 Benue əyaləti heyvandarlıqla məşğul olan Fulanilər ilə əkinçi olan bəzi qəbilələr arasında ərazi mübahisəsi səbəbi ilə şiddətli qarşıdurmalara səhnə olur. Eləki Mayın 3-də ştatdakı hücumlar nəticəsində 17 nəfər həyatını itirdi.

 



Әlaqәli Xәbәrlәr