Sergey Verşinin:"Rusiya İsrail-Fələstin müzakirələrinə ev sahibliyi edə bilər"

BMT Təhlükəsizlik Şurası İsrail ilə Fələstin arasında artan gərginliyi müzakirə etmək üçün üçüncü dəfə iclas keçirib.

1640351
Sergey Verşinin:"Rusiya İsrail-Fələstin müzakirələrinə ev sahibliyi edə bilər"

Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin ölkəsinin İsrail ilə Fələstin arasındakı müzakirələrə ev sahibliyi edə biləcəyini bildirib. 

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası İsrail və Fələstin arasında artan gərginliyi və İsrailin Qəzza zolağına təşkil etdiyi hava hücumlarını müzakirə etmək üçün üçüncü dəfə iclas keçirib. 

İclasda çıxış edən Sergey Verşinin Fələstin və İsraildəki mülki itkiləri qınayaraq atəşkəsin təmin olunmasının əhəmiyyətinə diqqət çəkib.

İsrail və Fələstin arasındakı gərginliyin səbəblərindən birinin birbaşa görüşlərin olmaması olduğunu ifadə edən Sergey Verşinin ölkəsinin İsrail ilə Fələstin arasındakı müzakirələrə ev sahibliyi edə biləcəyini qeyd edib. 

İsrail ilə ərəb ölkələri arasındakı münasibətlərin normallaşmasının İsrail-Fələstin böhranını həll etmək üçün kifayət etmədiyini bildirən Sergey Verşinin böhranın həll edilməsi üçün BMT, ABŞ, Aİ və Rusiyanın xarici işlər nazirləri səviyyəsində iclas keçirməsini təklif edib. 


Etiketlәr: #Fələstin , #İsrail , #BMT , #Rusiya

Әlaqәli Xәbәrlәr