Nigeriyada terror aktları artaraq davam edir

Qərbi Afrikada yerləşən Nigeriyada keçən həftə həyata keçirilən silahlı hücumlarda ölənlərin sayı 108 nəfərə çatıb.

1640485
Nigeriyada terror aktları artaraq davam edir

Milli mətbuatda dərnc olan xəbərlərə görə, Boko Haram terror təşkilatı və silahlı dəstə üzvləri həftənin birinci günündən bazar gününə qədər ölkənin müxtəlif bölgələrinə qanlı hadisələr törədiblər. Həmin hücumlar nəticəsində 108 nəfər həyatını itirib, xeyli sayda insan yaralanıb.

Ölkəni sarsıdan hücumlardan sonra Nigeriyanın cənub əyalətlərində 17 qubernator hökuməti təhlükəsizlik məsələsində təcili milli dialoqa başlamağa çağırıb. Qubernatorlar Prezident Məhəmməd Buxaridən tələb ediblər ki, ölkədəki təhlükəsizlik problemləri ilə əlaqədar vətəndaşlara müraciət etsin. Nigeriyada 2009-cu ildən bəri terror təşkilatı Boko Haramın törətdiyi hadisələrdə 20 mindən çox insan ölüb. Terror hücumları və qarşıdurmalar səbəbiylə yüz minlərlə insan bölgədən köç etmək məcburiyyətində qalıb.

 



Әlaqәli Xәbәrlәr