İsrailә mәxsus döyüş tәyyarәlәri Qәzza zolağına ağır zәrbәlәr endirib

İsrail ordusuna mәxsus döyüş tәyyarәlәri gecә radәlәrindә Qәzza zolağının cәnub, qәrb vә şimalındakı çox sayda obyektә zәrbәlәr endirib.

1640491
İsrailә mәxsus döyüş tәyyarәlәri Qәzza zolağına ağır zәrbәlәr endirib

İsrail ordusuna mәxsus döyüş tәyyarәlәri gecә radәlәrindә Qәzza zolağının cәnub, qәrb vә şimalındakı çox sayda obyektә zәrbәlәr endirib.

İsrailә mәxsus döyüş tәyyarәlәri Fәlәstin müqavimәt qüvvәlәrinә aid bәzi obyektlәri, әkin sahәlәri, prospektlәr vә infrastrukturu hәdәf alıb. Zәrbәlәr nәticәsindә bәzi tikililәrә, evlәrә, prospekt vә küçәlәrә ciddi ziyan dәyib. Hәdәf alınan obyektlәrә yaxın olan bölgәlәrdә elektrik enerjisi kәsilib.

İsrailә mәxsıs döyüş tәyyarәlәrinin Qәzza zolağının cәnubundakı Refah vә Xan Yunis şәhәrlәrindәki bәzi evlәri vә әkin sahәlәrini dә bombaladığı bildirilib. Digәr tәrәfdәn İsrailә mәxsus döyüş gәmilәrinin Qәzza zolağına doğru atәş açdığı qeyd olunub.

Hücumlar nәticәsindә Deyr әl-Belah ilә Qәzzada iki evin dağıldığı bildirilib.

İzzәddin әl-Kassam Briqadasından verilәn bәyanatda da mülki vәtәndaşlara qarşı tәşkil edilәn hücumlara cavab olaraq İsrailin Beerşeba vә Askalan şәhәrlәri ilә bәzi yaşayış mәntәqәlәrinә raket mәrmisinin atıldığı vurğulanıb.

İslami Cihad hәrәkatının hәrbi qolu isә Qәzzadakı mülki vәtәndaşlara tәşkil edilәn hücumlara cavab olaraq Qәzza zolağında yerlәşәn İsrailin Sderot, Netivot vә Hanegev şәhәrlәrinә raket zәrbәlәri endirdiyini açıqlayıb.

Qeyd edək ki, İsrailin mayın 10-dan etibarən davam etdirdiyi hava hücumları nəticəsində indiyədək 58-i uşaq, 34-ü də qadın olmaqla 192 nəfər həyatını itirib, mindən çox adam da yaralanıb. Hücumlar zamanı onlarla tikili dağılıb.

 

 



Әlaqәli Xәbәrlәr