İsrail ilə Fələstin arasında 10 maydan yaşanan gərginlik davam edir

İsrailin fələstinlilərə istiqamətli hücumlarında şəhid sayı 181-ə çıxıb.(YENİLƏNİB)

1639977
İsrail ilə Fələstin arasında 10 maydan yaşanan gərginlik davam edir
israil gazze saldiri.jpg

İsrailin fələstinlilərə istiqamətli hücumlarında şəhid sayı 181-ə çıxıb.

Qəzzadakı Səhiyyə Nazirliyi "10 maydan bu yana İsrailin Qəzzaya etdiyi hücumlarda 52-si uşaq, 29-u qadın olmaqla 174 fələstinli həyatını itirdi, 1100 nəfər yaralandı" açıqlamasını verib.

Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra videolu bəyanatında beynəlxalq birliyi hərəkətə keçməyə və İsrailin hücumlarını dayandırmaq üçün konkret addımlar atmağa çağırıb.

İsrail Qəzza zolağında Əmək və İctimai İnkişaf Nazirliklərinin olduğu iki binanı da bombalayıb.

Digər tərəfdən, İsrail qüvvələri dənizdən Qəzza şəhərinin sahillərinə hücumlar təşkil edib.

İsrail döyüş təyyarələri də Qəzzanın Misirlə sərhədindəki iki təhlükəsizlik mərkəzini bombalayıb.

İsrail döyüş təyyarələri gecə yarısından sonra Qəzzanın müxtəlif bölgələrinə hava zərbələri endirib.

Qəzzanın qərbindəki Ər-Rimal bölgəsinə edilən hava hücumu nəticəsində bir çox mənzil yıxılıb.

Qəzzadakı Şifa Xəstəxanasının direktoru Məhəmməd Abu Silmiyye hücumlarda həyatını itirən 2 fələstinlinin və 22 yaralının xəstəxanaya gətirildiyini söyləmişdi.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin verdiyi yazılı açıqlamada mülki müdafiə qruplarının 5 uşağı dağıntılar altından xilas etməyi bacardıqları ifadə edilmişdi.

Qeyd edək ki, Qəzza zolağındakı fələstinli müqavimət qrupları İsrail polisinin 10 may bazar ertəsi günü yerli vaxtla saat 6-ya qədər işğal olunmuş Şərqi Qüdsdəki Əl-Əqsa məscidi və Şeyx Cerrah məhəlləsini tərk etməsini istəyib.

İsrail polisi Əl-Əqsa məscidi və Şeyx Cərrahdan çıxmaması nəticəsində fələstinli müqavimət qrupları İsrailə çox sayda raket fırladıb.

Bunun qarşısında İsrail ordusu Qəzza zolağına qarşı "Divarların mühafizəsi" adlı hərbi əməliyyat başladıldığını elan edib.



Әlaqәli Xәbәrlәr