İsrailin Qəzzada mülki insanları hədəf alan hücumlarının görüntüləri yayılıb

Mühasirə altında olan Qəzzada mülki insanları hədəf alan İsrail ordusu gecə boyunca bölgənin müxtəlif nöqtələrində həyata keçirdiyi hava hücumunun görüntülərini yayımlayıb.

1639292
İsrailin Qəzzada mülki insanları hədəf alan hücumlarının görüntüləri yayılıb
israil sivil yerlesimlere bomba1.jpg
israil sivil yerlesimlere bomba.jpg

Mühasirə altında olan Qəzzada mülki insanları hədəf alan İsrail ordusu gecə boyunca bölgənin müxtəlif nöqtələrində həyata keçirdiyi hava hücumunun görüntülərini yayımlayıb.

Görüntülərdə İsrail hərbçilərinin döyüş təyyarələrinə raket yerləşdirməsilə yanaşı Qəzzadakı mülki yaşayış məntəqələrinin hədəf alındığı anlar yer alıb.

İsrail döyüş təyyarələri son hücumda Qəzza şəhərinin Zeytun məhəlləsində yerləşən dəmir sexi ilə bir neçə nöqtəni ağır şəkildə bombalayıb.

İsrail ordusu blokada altındakı Qəzza zolağının şimal hissəsinə quru, hava və dənizdən eyni anda gecə saatlarında kütləvi hücumlar həyata keçirib.

İsrailin Qəzza zolağına 10 maydan bəri etdiyi hücumlarda 28-i uşaq, 119 fələstinli şəhid olub və 621 nəfər yaralanıb.



Әlaqәli Xәbәrlәr