Məhəmməd İştiyye: "İsrailin hücumları qarşında Fələstin xalqı həmrəylik nümayiş etdirir"

Fələstinin Baş naziri Məhəmməd İştiyye İsrailin işğal altındakı Şərqi Qüdsə ilə mühasirədə olan Qəzza zolağına hücumlarına qarşı Fələstin xalqının tam bir həmrəylik içində durduğunu bildirdi.

1638912

Fələstinin Dövlət başçısı Mahmud Abbası təmsil edən İştiyye Ramazan bayramı münasibətilə işğal altındakı İordan çayının qərb sahilindəki Ramallah şəhərində olan Fələstinin əfsanəvi lideri Yasər Ərəfatın məzarını ziyarət edib.

Qəbir başında Abbasın adından Fələstin xalqının bayramını qeyd edən İştiyye deyib:

“Bu bayramın uşaqlarımızın, qadınlarımızın və ağsaqqallarımızın qəlbində sevincə çevrilməsini istərdik, amma işğal rejiminin Məscidül-Əqsa, Qüds və Qəzza zolağında xalqımıza şiddətli hücumu səbəbiylə Dövlət başçısı Abbas bütün bayram tədbirlərini ləğv etdi. İndi İsrailin hücumlarına qarşı birlikdə dayanırıq".

Fələstin Dövlət başçısı Abbas dünən İsrailin Qəzza zolağı və Şərqi Qüdsdəki hücumları səbəbiylə matəm elan etmiş və Ramazan bayramı münasibətilə təşkil ediləcək bütün tədbirlərin ləğvi üçün göstəriş vermişdi.

Әlaqәli Xәbәrlәr