Kabildә törәdilәn hücumda hәyatını itirәnlәrin sayı 50 nәfәrә çatıb

Bu barәdә Әfqanıstan Daxili İşlәr Nazirliyinin sözçüsü Tarık Aryen mәlumat verib.

1636792
Kabildә törәdilәn hücumda hәyatını itirәnlәrin sayı 50 nәfәrә çatıb

 

Әfqanıstanın paytaxtı Kabildәki Sәid ul Şuhәdә mәktәbinin qarşısında törәdilәn hücum nәticәsindә  hәyatını itirәnlәrin sayı 50 nәfәrә çatıb.

Bu barәdә Әfqanıstan Daxili İşlәr Nazirliyinin sözçüsü Tarık Aryen mәlumat verib.

Hücum nәticәsindә 50 mülki vәtәndaşın hәyatını itirdiyini ifadә edәn Aryen 100-dәn çox  mülki vәtәndaşın da  yaralandığını deyib. Әfqanıstan Daxili İşlәr Nazirliyinin sözçüsü ölü sayının arta bilәcәyini  istisna etmәyib.

Aryen hücumun minalanmış avtomobil vә bölgәyә yerlәşdirilәn iki ayrı partlayıcı qurğu ilә hәyata keçirildiyini bildirib.

Tarık Aryen hücuma görә Talibanın mәsuliyyәt daşıdığını qeyd etsә dә, Taliban törәdilәn hücumla әlaqәsinin olmadığını vә hücumu qınadığını açıqlayıb.

 



Әlaqәli Xәbәrlәr