Nigeriyada qaçırılan 27 tələbə sərbəst buraxılıb

Nigeriyada 12 martda internat məktəbindən silahlı şəxslər tərəfindən qaçırılan 27 tələbə sərbəst buraxılıb.

1634830
Nigeriyada qaçırılan 27 tələbə sərbəst buraxılıb

Nigeriyada 12 martda internat məktəbindən silahlı şəxslər tərəfindən qaçırılan 27 tələbə sərbəst buraxılıb.

Ölkədəki naməlum silahlı şəxslər 12 mart tarixində Afaka rayonundakı Federal Meşəçilik Kollecindən qaçırdıqları tələbələri sərbəst buraxıblar.

Bir hökumət rəsmisi Nigeriyanın keçmiş prezidenti Olusegun Obasanjo və imam Şeyx Abubakar Guminin dialoq komitəsinin dəstəyi sayəsində tələbələrin azad edildiyini söyləyib.

Silahlı şəxslər qaçırdıqları tələbələr üçün fidyə tələb edərək hökumətə 24 saat vaxt vermişdilər.

Ötən gün tələbələrin ailələri paytaxt Abujada nümayiş keçirmişdi.



Әlaqәli Xәbәrlәr