Proçida adası "Covid-19"un olmadığı ada elan edildi

İtaliyada peyvəndləmə kampaniyası başa çatan Proçida adası "Covid-19"un olmadığı ada elan edildi.

1633421
Proçida adası "Covid-19"un olmadığı ada elan edildi

İtaliyada peyvəndləmə kampaniyası başa çatan Proçida adası "Covid-19"un olmadığı ada elan edildi.

Napoli şəhəri sahillərindəki turistik yerlərdən olan Proçida adasında yaşayanlar "Covid-19"a qarşı peyvənd olundu. 

Beləliklə, bütün ada əhalisinin peyvəndini tamamlayan ilk İtalyan adası oldu.

Proçida adasında təxminən 6 min 900 doza vaksinin tətbiq olunduğunu və bunun qeydiyyatda olan əhalinin 92 faizini təşkil etdiyi bildirilib.

Vaksinlənmənin yüksək səviyyəyə çıxmasının Adada virusun yayılma riskinin azalmasına töhfəsinin olacağı qeyd edilib.
Proçida adasından sonra qonşu İsçia adasında da sabahdan (5 may) etibarən ada sakinlərinin vaksinlənmə fəaliyyətlərinin artacağı açıqlanıb.



Әlaqәli Xәbәrlәr