Tacikistan-Qırğızıstan sәrhәdindә qarşıdurmada ölәnlәrin sayı 49 nәfәrә çatıb

Tacikistan-Qırğızıstan sәrhәdindә aprelin 29-da baş verәn qarşıdurma nәticәsindә hәyatını itirәnlәrin sayı 49 nәfәrә çatıb.

1632268
Tacikistan-Qırğızıstan sәrhәdindә qarşıdurmada ölәnlәrin sayı 49 nәfәrә çatıb

Tacikistan-Qırğızıstan sәrhәdindә aprelin 29-da baş verәn qarşıdurma nәticәsindә hәyatını itirәnlәrin sayı 49 nәfәrә çatıb.

Qırğızıstan Sәhiyyә vә Sosial İnkişaf Nazirliyi Bitken bölgәsindә aprelin 29-da baş verәn qarşıdurmada ölәn Qırğızıstan  vәtәndaşlarının sayının 34-ә, yaralananların sayının isә 173 nәfәrә yüksәldiyini bildirib.

Tacikistan mәtbuat orqanları isә ölәn Tacikistan vәtәndaşlarının sayının 15-ә, hәyatını itirәnlәrdәn  7-nin isә hәrbçi olduğunu açıqlayıb. Tacikistan mәtbuat orqanları daha әvvәl qarşıdurmalar nәticәsindә 90-dәk Tacikistan vәtәndaşının yaralandığı ilә bağlı xәbәr yaymışdı.

Aprelin 29-da Qırğızıstan-Tacikistan sәrhәdindә suya nәzarәt sәbәbindәn baş verәn gәrginlik silahlı qarşıdurmaya sәbәb olmuşdu.

Qarşıdurmalar nәticәsindә çox sayda tikiliyә zәrәr dәymişdi.

İki ölkәnin Xarici İşlәr Nazirliklәri arasında baş tutan görüşlәr nәticәsindә tәrәflәrin  әvvәlki mövqelәrinә geri çәkilmәsi, problemin müzakirә yolu ilә hәll edilmәsi vә әtaşkәsin tәmin olunması mәsәlәsindә razılıq әldә olunşdu.



Әlaqәli Xәbәrlәr