Qırğızıstanda sərhəd münaqişəsi qurbanları ilə bağlı matəm elan olunub

Qırğızıstanda Tacikistanla sərhəddə 29 apreldə baş verən silahlı qarşıdurma zamanı həlak olanlarla bağlı mayın 1 və 2-də milli matəm elan edilib.

1631857
Qırğızıstanda sərhəd münaqişəsi qurbanları ilə bağlı matəm elan olunub

Qırğızıstanda Tacikistanla sərhəddə 29 apreldə baş verən silahlı qarşıdurma zamanı həlak olanlarla bağlı mayın 1 və 2-də milli matəm elan edilib.

Qırğızıstan Prezidenti Sadır Caparov, qarşıdurmada ölənlərin xatirəsinə 1-2 May tarixlərində milli matəm elan edilməsi qərarını təsdiqləyib.

Qırğızıstan-Tacikistan sərhədindəki suya nəzarət səbəbindən baş verən silahlı qarşıdurmada həlak olanların sayı 39-a, yaralıların sayı isə 134 nəfərə çatıb. 

Qırğızıstanın Səhiyyə Nazirliyi ölkənin cənubundakı Batken bölgəsində dünən (30 aprel) baş verən silahlı qarşıdurmada ölən Qırğızıstan vətəndaşlarının sayının 31-ə yüksəldiyini açıqlayıb.

Qeyd edək ki, Qırğızıstan hakimiyyəti ayrıca silahlı qarşıdurmada yaralanan 134 nəfərdən 49-nun Bişkekdəki xəstəxanalara aparıldığını bildirib.

Tacikistan mediası da qarşıdurmada 8 Tacikistan vətəndaşının həyatını itirdiyini və 90-dan çox insanın da yaralandığını yazıb.

Xəbərlərdə hadisənin baş verdiyi Çorkuh kəndində yaşayan 100-ə yaxın qadın və uşağın İsfara şəhərinə təxliyə edildiyi də vurğulanıb.

Bu arada, Qırğızıstan Prezidenti Sadır Caparov Tacikistan Prezidenti Emoməli Rəhmonla telefonla danışıb.

İki lider mayın ikinci yarısında Tacikistanın paytaxtı Düşənbədə görüşmək barədə razılığa gəliblər.

İki ölkə hökumətlərarası sərhəd təyini komitələri də 1 mayda Qırğızıstanın Batken bölgəsində bir araya gəlməyi qəbul edib.

Qırğızıstan-Tacikistan sərhədindəki suya nəzarət səbəbindən iki ölkə vətəndaşları arasında başlayan dava dünən silahlı qarşıdurmaya çevrilmişdi.

İki ölkənin xarici işlər nazirləri keçirdikləri görüş nəticəsində 29 apreldə yerli vaxtla saat 20: 00-dan etibarən bölgədə tam atəşkəs və hərbi qüvvələrin yerləşdirildikləri yerlərə geri çəkilməsinə dair razılığa gəlmişdi.



Әlaqәli Xәbәrlәr