Hindistanda koronavirus xəstələrinin olduğu xəstəxanada yanğın baş verib, ölənlər olub
Hindistanın Qucarat ştatında "Covid-19" xəstələrinin müalicə aldığı xəstəxanada baş verən yanğında 15 nəfər ölüb.
1631803
Hindistanın Qucarat ştatında "Covid-19" xəstələrinin müalicə aldığı xəstəxanada baş verən yanğında 15 nəfər ölüb.
Hadisə Bharuç şəhərindəki xəstəxananın "Covid-19" xəstələrinin yerləşdirildiyi 4-cü mərtəbəsində gecə saat 1:00 radələrində baş verib.
Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər xəstəxananın digər mərtəbələrində olan 50 pasiyenti təxliyə ediblər. Onlar ilk olaraq 12 nəfərin meyitini aşkarlayıblar. Axtarış işlərinin gedişində daha 6 meyit tapılıb. Onların bəzisi yanğın xəsarətindən, digərləri isə tüstüdən boğularaq ölüb.
Hələlik yanğının nədən baş verdiyi bilinmir.
Әlaqәli Xәbәrlәr
BMT Təhlükəsizlik Şurasında sədrlik Mozambikə keçib
Mozambik may ayında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına sədrlik edəcək.