Əfqanıstanda məscidə hücum olub

Kabil yaxınlığındakı Pervan vilayətinin Baqram bölgəsindəki hərbi bazadakı məscidə edilən bombalı hücum nəticəsində bir təhlükəsizlik işçisi həhlak olub.

1631894
Əfqanıstanda məscidə hücum olub

Əfqanıstanın paytaxtı Kabil yaxınlığındakı Pervan vilayətinin Baqram bölgəsindəki hərbi bazadakı məscidə edilən bombalı hücum nəticəsində bir təhlükəsizlik işçisi həhlak olub.

Pervan Polis İdarəsinin rəhhbəhri Əbdül Vasi Rəhimi jurnalistlərə  Baqramdakı Əfqanıstan təhlükəsizlik qüvvələrinə məxsus hərbi bazadakı məscidə bombalı hücum edildiyini söyləyib.

Rəhimi hücumda 1 təhlükəsizlik işçisinin öldüyünü və 24 təhlükəsizlik işçisinin yaralandığını açıqlayıb.

Hücumun məsuliyyətini hələ heç kim üzərinə götürməyib.

Əfqanıstanın Loqar vilayətində dünən (30 aprel) iftar saatlarında bomba yerləşdirilmiş maşınla edilən hücumda da 30 nəfər həyatını itirmiş, 90-dan çox insan yaralanmışdı.



Әlaqәli Xәbәrlәr