İsrail polisi fələstinlilərə müdaxilə edib

İsrail polisi işğal altındakı Şərqi Qüdsün İçərişəhər bölgəsində yerləşən Şam Qapısı qarşısında fələstinlilərə müdaxilə edib.

1631350
İsrail polisi fələstinlilərə müdaxilə edib

İsrail polisi işğal altındakı Şərqi Qüdsün İçərişəhər bölgəsində yerləşən Şam qapısı qarşısında fələstinlilərə müdaxilə edib.

İsrail polisi əraziyə toplaşan fələstinli qadın və gəncləri gözyaşardıcı qaz və səs bombası ilə dağıtmağa cəhd edib. 

Müdaxilə zamanı fələstinlilərdən bəziləri qaz bombalarından təsirlənib.

Polis ən azı 2 gənci döydükdən sonra saxlayıb.

Qeyd edək ki, Ramazan ayının başlaması ilə İsrail polisi İçərişəhərin Şam qapısının qarşısındakı oturma sahələrini barrikadalarla bağlayıb.

Fələstinlilər Ramazan ayının ilk günündən cavab olaraq Şam qapısında toplandılar və İsrail polisi Ramazanın ilk 11 günündə onlara müdaxilə etdi.

İsrail polisinin geri addım atması ilə fələstinlilər 26 aprel tarixində Şam qapısındakı barrikadaları götürdülər.



Әlaqәli Xәbәrlәr