Xalid әl-Mişri Cuzeppe Bukinno Qrimaldi ilә görüşüb

Liviya Dövlәt Ali Şurasının sәdri Xalid әl-Mişri konstitusiya ilә bağlı referendumun keçirilmәsinin vacibliyini vurğulayıb.

1630391
Xalid әl-Mişri Cuzeppe Bukinno Qrimaldi ilә görüşüb

 

Liviya Dövlәt Ali Şurasının sәdri Xalid әl-Mişri konstitusiya ilә bağlı referendumun keçirilmәsinin vacibliyini vurğulayıb.

Şuranın mәtbuat xidmәtindәn verilәn bәyanata görә, Xalid әl-Mişri İtaliyanın Liviyadakı sәfiri Cuzeppe Bukinno Qrimaldi ilә paytaxt Tripolidә görüşüb.

Mәlumata görә, Xalid әl-Mişri görüşdә konstitusiya ilә bağlı referendumun keçirilmәsinin vacibliyini vurğulayıb. Liviya vә İtaliya arasındakı münasibәtlәrin әhәmiyyәtinә toxunan Xalid әl-Mişri bütün iqtisadi sahәlәrdә әmәkdaşlığın güclәndirilmәsinin әhәmiyyәtini qeyd edib.

Liviya Dövlәt Ali Şurasının sәdri Beynәlxalq Tripoli Hava Limanı vә ölkәnin şәrqi ilә qәrbini birlәşdirәn magistral yolun inşaatını dayandıran İtaliya şirkәtinin inşaat işlәrinә davam etmәsinin dә vacibliyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr