ABŞ-ın Əfqanıstanda vacib olmayan missiyası ölkəni tərk edəcək

ABŞ Dövlət Departamenti artan təhlükəsizlik təhdidlərini səbəb kimi irəli sürərək Əfqanıstanda vacib olmayan diplomatik işçilərinin ölkəni tərk etmələrini istəyib.

1629584

Dövlət Departamentinin açıqlamasında həm yeni növ koronavirus, (Covid-19) həm də təhlükəsizlik səbəbləri ilə ABŞ vətəndaşlarının Əfqanıstana səyahət etməmələri də istənilib.

Ölkədən ayrılmaq istəyən amerikalıların isə ən qıssa müddətdə Əfqanıstanı tərk etmələrinin vurğulandığı açıqlamada ölkədə artan hücumların və bu hücumların əfqan qüvvələrini olduğu qədər amerika qüvvələrini də hədəf aldığına işarə edilərək, "terror", " adam oğurlama" və" silahlı qarşıdurma" kimi təhdid ünsürlərinə diqqət çəkilib.

ABŞ Prezidenti Co Bayden ölkədə olan 2500-ə yaxın amerika əsgərinin 1 may - 11 sentyabr tarixlərində tamamilə çıxacağını açıqlamışdı.

Әlaqәli Xәbәrlәr